İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid olub


Dünya 31 May 2018 18:02:52 241 0

İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid olub

Məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında baş verən atışma nəticəsində 3 əsgər şəhid olub.

“Report” "TRTHaber"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Hadisə Türkiyə ordusunun İraqın şimalında antiterror əməliyyatı keçirdiyi zaman baş verib.