Narkotiklərə meyillənən gənclər məcburi müalicə oluna bilər


Digərləri 31 May 2018 16:44:00 227 0

Narkotiklərə meyillənən gənclər məcburi müalicə oluna bilər

Ölkədə gənclərin narkotik vasitələrə meyilliyinin azaldılması üçün daha təsiredici tədbirlər görmək lazımdır.

Son.az bildirir ki, bu barədə Trend-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.

M.Əfəndiyevin sözlərinə görə, bu sahədə tədbirlər gücləndirilməlidir: "Bunun üçün əsasən maarifləndirmə, təbliğat işləri gücləndirilməlidir. Təbii ki, bu məqsədlə dövlət tərəfindən tədbirlər görülür. 2007-2013-cü illər və 2013-2018-ci illəri əhatə edən dövlət proqramları həyata keçirilir. Amma daha effektiv tədbirlərin həyata keçirilməsi vacibdir. Biz istəyirik ki, narkotiklərə meyillənən gənclər islah əmək müəssisələrinə deyil, səhiyyə müəssisələrinə göndərilsin, həmin müəssisələrdə onların məcburi müalicəsi həyata keçirilsin. həmçinin maarifləndirmə tədbirlərinin gücləndirilməsi üçün maliyyə istiqamətləri müəyyən edilsin".