Azərbaycanlı məktəblidən layihə: 3 saniyədə enerji yığan smartfon


Digərləri 31 May 2018 16:24:00 272 0

Azərbaycanlı məktəblidən layihə: 3 saniyədə enerji yığan smartfon

“İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyindənTrend-ə verilən məlumata görə, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.