200 manatlıq pul nişanı ABŞ-da təqdim olunub


Digərləri 31 May 2018 15:19:18 261 0

200 manatlıq pul nişanı ABŞ-da təqdim olunub

200 manatlıq pul nişanı ABŞ-ın Dallas şəhərində keçirilən beynəlxalq konfransda təqdim olunub.

Bakı. Azərbaycan Mərkəzi Bankı tərəfindən 200 manatlıq pul nişanının tədavülə buraxılması ilə əlaqədar Bakıda keçirilmiş təqdimatla eyni gündə ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda yeni pul nişanının geniş təqdimatı keçirilib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, konfransda Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti yeni pul nişanının dizaynı və istehsalını həyata keçirmiş ABŞ-ın “Crane Currency” və Almaniyanın “Giececke+Devrient” şirkətləri ilə birgə 200 manatlıq pul nişanını konfrans iştirakçılarına təqdim edib. Təqdimatda pul nişanının yaradılması, o cümlədən dizaynı, təhlükəsizlik konsepsiyası və istehsal mərhələləri ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verilib, yeni pul nişanında tətbiq olunmuş ən müasir texnologiyalar nümayiş etdirilib. Ümumilikdə 70-dək mərkəzi bankdan və 150 beynəlxalq təşkilatdan 750 nümayəndənin iştirak etdiyi konfransda 200 manatlıq pul nişanı ilə yanaşı bir sıra ölkələrin, o cümlədən Avstraliya, İsrail, Meksika, Rusiya, Qırğızıstan və Madaqaskarın yeni seriya banknotları da təqdim olunub.