Əfqanıstanda 100-dən çox adam "taliblər"in əsirliyindən azad edilib


Dünya 31 May 2018 15:00:08 264 0

Əfqanıstanda 100-dən çox adam "taliblər"in əsirliyindən azad edilib

Dörd silahlı məhv edilib, biri saxlanılıb

Əfqanıstanın xüsusi təyinatlı qüvvələri radikal "Taliban" hərəkatının nəzarətində olan həbsxanadan azı 105 nəfəri azad edib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı xüsusi əməliyyat hərbi bölməsinin bəyanatına əsaslanaraq məlumat yayıb.

Xüsusi təyinatlılar dünən gecə ölkənin cənubundakı Gilmənd əyalətinin Kacaki rayonunda əməliyyat keçiriblər. Azad edilənlərin hamısı dinc sakinlərdir, onlar arasında 5 qadın da var.

Məlumata görə, əməliyyat zamanı 4 silahlı məhv edilib, 1-i saxlanılıb, eyni zamanda, 10 ədəd motosiklet müsadirə edilib.