Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb


Digərləri 31 May 2018 14:58:00 162 0

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb

Oqtay Əsədov hesabatla çıxış edib

Bu gün Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda 24 qanuna dəyişiklik layihələrinə baxılıb.

Qanun layihələrinin müzakirəsindən sonra parlamentin sədri Oqtay Əsədov hesabatla çıxış edib.

Sonra o, yaz sessiyasını bağlı elan edib. Sonda dövlət himni səsləndirilib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.