Siyavuş Novruzov: Elələri var ki, haqqı çatır, amma əlillik dərəcəsi ala bilmir


Digərləri 31 May 2018 14:06:00 226 0

Siyavuş Novruzov: Elələri var ki, haqqı çatır, amma əlillik dərəcəsi ala bilmir

İllərdir ki, əlilliyin müəyyən edilməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni prizmadan baxmalıyıq.

Bakı. Elçin Mehdiyev - “İllərdir ki, əlilliyin müəyyən edilməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni prizmadan baxmalıyıq. Əlillik dərəcəsinin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik dərəcəsi ala bilir: “Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi də gündəmə gələ bilər”.