Avro ucuzlaşır Niyə?


Digərləri 31 May 2018 13:40:00 356 0

Avro ucuzlaşır  Niyə?

Gözlənildiyi kimi may ayında avro dollara nisbətən dəyər itirdi. Aya 1 avro 1,21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1,167 kursu ilə başa vurur. Bu isə avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

May ayının Avropa pulu üçün düşərli olmadığını deyən ekspert avronun nə üçün ucuzlaşmasına belə aydınlıq gətirib: "Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, məzənnəsi yüksək olan zaman valyutanı almaq heç də tövsiyə olunmur".