"AccessBank"ın rəhbərliyində dəyişiklik olub


Digərləri 31 May 2018 12:58:53 241 0

"AccessBank"ın rəhbərliyində dəyişiklik olub

"AccessBank"ın Müşahidə Şurasının iclası keçirilib.

Bakı. "AccessBank"ın Müşahidə Şurasının iclası keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, iclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək. Anar Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb və baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.