Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir FOTO


Digərləri 31 May 2018 12:29:57 353 0

Stallonenin 54 yaşlı sabiq arvadı hamilədir  FOTO

Məşhur amerikalı aktyor Silvestr Stallonenin sabiq həyat yoldaşı, 54 yaşlı aktrisa Bricit Nilsen hamilədir.

Son.az ABC-yə istinadən bildirir ki, "Red Sonja" filminin qəhrəmanı bu barədə İnstagram profilində məlumat yayıb. O, fotolarını paylaşıb və "Hamiləyəm!" yazıb.

Hamiləliyin 8-ci ayında olan 54 yaşlı B.Nilsen 39 yaşlı italyan teleprodüser Mattia Dessi ilə ailə qurub. Onların toyu 2006-cı ildə olmuşöu. Aktrisanın əvvəlki nikahlardan 4 oğlu (34 yaşlı Culian, 28 yaşlı Killian, 25 yaşlı Duqlas və 23 yaşlı Raul) var.

"Qızımın dünyaya gələcəyinə ümid edirəm. O, Mattianın ilk övladı olacaq", - Bricit Nilsen yazıb.


Xəbərə aid fotolar