Daha bir yenilik Uşaqlar metroya səs salacaqlar FOTO VİDEO


Digərləri 31 May 2018 11:52:00 303 0

Daha bir yenilik  Uşaqlar metroya səs salacaqlar  FOTO  VİDEO

Uşaqlar 3 gün ərzində metroya səs salacaq

 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Metropoliteni istifadəçilərini maraqlı sürpriz gözləyir.

Son.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, "3 Alma"nın təşəbbüsü və Bakı Metropoliteninin dəstəyi ilə 1-3 iyun tarixində metroda hamının diqqəti gələcəyimiz olan uşaqlara yönələcək:

"İyunun ilk üç günü ərzində Metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidəcəyik. Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur".