"Sizə yalvarıram..."


Şou-biznes 31 May 2018 11:46:00 270 0

"Sizə yalvarıram..."

Xəbər verdiyimiz kimi ötən gecə sosial şəbəkələrdə ARB telekanalının aparıcısı Afət Rahilqızının ölüm xəbəri yayılsa da, çox keçmədi ki, bunun şayiə olduğu üzə çıxdı.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, sözügedən xəbərin yayılması Rahilqızını özündən çıxarıb.

"Danışa bilmirəm, çox əsəbiyəm. Əlim-ayağım əsir. Dostlarımdan ayrılıb evə gəlmişəm. Görmüşəm işıqlar keçib, telefonu söndürüb yatmışam. Bununla ölüm yuxusuna getməmişəm ki? Mənim ölüm xəbərimi yayan hər kimdirsə, onu bu müqəddəs günə tapşırıram. Hamı havalanıb, hər kəs mənə zəng edir. Mən kimə nə etmişəm axı? Sizə yalvarıram, mən niyə bu stressi yaşamalıyam?", - aparıcı şəxsi "instagram" səhifəsində məsələyə münasibət bildirib.