Güllələnmiş jurnalist danışdı: "Hər şeyi bilirdik" VİDEO FOTO


Digərləri 31 May 2018 11:07:28 217 0

Güllələnmiş jurnalist danışdı: "Hər şeyi bilirdik"  VİDEO  FOTO

Ukraynanın paytaxtı Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenkoya sui-qəsdlə bağlı yeni iddialar açıqlanıb. A.Babçenkonun özünün dediyinə görə, o, sui-qəsdə məruz qalacağını əvvəlcədən bilirdi.

Son.az bildirir ki, 41 yaşlı A.Babçenko bir qədər əvvəl Facebook profilində yazmışdı: "Bu gün, deyəsən, meqapopulyaram. Donetskdə məni separatçılar axtarır, Slavyanskda məni "xalq döyüşçüləri" arayır, Şurıqin məni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edir, Marina Yudeniç isə Çeçenistan prezidenti Ramzan Kadırova "mənimlə çay içməyi" təklif edir".

Mayın 29-da A.Babçenkoya evinin qarşısında 3 dəfə atəş açıldığı və onun qətlə yetirildiyi xəbəri yayılmışdı.

Lakin dünən bəlli olub ki, A.Babçenko sağdır və onun "qətli" Ukraynanın Təhlükəsizlik Xidmətinin aylardan bəri hazırladığı xüsusi əməliyyatın məntiqi sonluğu imiş.

Siyasi texnoloq Marina Yudeniç isə Babçenkonun ittihamlarını gülüşlə qarşılayıb.

"2014-cü ildə Ukraynada iki rusiyalı jurnalisti oğurlayıb girov götürmüşdülər. Onların azad edilməsi ilə Çeçenistan prezidenti Ramzan Kadırov məşğuldu. Kadırov jurnalistlərin azad edilməsinə nail oldu, sonra onları təyyarə ilə Qroznıya apardı, orada çay qonaqlığı verdi. Babçenko isə həmin günlərdə Ukrayna ordusunun tərəfində vuruşmasını əks etdirən videolar paylaşırdı. Ona görə də yazdım ki, "yaxşı olardı o, Kadırovun yanında çay içsin".

A.Babçenko dünən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təşkil etdiyi mətbuat konfransında çıxış edib.

"Arkadi Babçenkonun ailəsinə başsağlığı verə bilərdim, amma bunu etmirəm. Əksinə, Arkadini bu gün üçüncü ad günü münasibətilə təbrik edirəm və onu zala dəvət edirəm", - SBU-nun rəhbəri Vasili Qritsak deyib.

Onun sözlərinə görə, SBU Babçenkoya qarşı sui-qəsd hazırlandığını üç ay əvvəl bilib və əməliyyat hazırlayıb.

Daha sonra Babçenko danışıb, hamıdan, xüsusilə də həyat yoldaşından üzür istəyib.

SBU-nın yaydığı məlumata görə, sui-qəsdi Rusiyanın xüsusi xidmət orqanlarının "verbovka" etdiyi Ukrayna vətəndaşı Q. təşkil edib. Sui-qəsd üçün o, 40 min dollar almalıydı.