Milli Dram Teatrında “Ömürdən uzun gecə” tamaşasının premyerası olub


Digərləri 31 May 2018 10:46:00 237 0

Milli Dram Teatrında “Ömürdən uzun gecə” tamaşasının premyerası olub

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.

Bakı. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı may 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib. Trend-in məlumatına görə, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.