Zukerberq Rusiya Federasiya Şurasında çıxış etməyə dəvət olundu


Digərləri 31 May 2018 08:46:00 288 0

Zukerberq Rusiya Federasiya Şurasında çıxış etməyə dəvət olundu

Rusiya Federasiya Şurası "Facebook"un qurucusu və rəhbəri Mark Zukerberqi öz plenar iclaslarından birinə dəvət edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Mən hesab edirəm ki, Zukerberqin Federasiya Şurasına dəvət olunması barədə təklif diqqətəlayiqdir. Bu mövzu hazırda fövqəladə dərəcədə önəmlidir. O, gələ bilər, ya yox, bu, ikinci məsələdir, lakin mən iclaslarımızın birinə onun dəvət olunması təklifini dəstəkləyirəm. Artıq təlimat verdim və dəvətnamə göndərdik. Onun gəlişini təşkil etməyə çalışırıq", - deyə V. Matviyendko söyləyib.