Yaşıl və bənövşəyi "iPhone"


Digərləri 31 May 2018 08:35:00 420 0

Yaşıl və bənövşəyi "iPhone"

İnternetdə "Apple" tərəfindən bu il təqdim olunacaq yeni "iPhone"ların ilk fotoları yayılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, fotolarda sentyabrda təqdim olunacaq smartfonların prototipləri yer alıb.

Cihazlar zahirən "iPhone X" smartfonunu çox xatırladır. Hələlik yeni cihazların texniki xüsusiyyətləri bəlli deyil və əsas fərq kimi rənglər görünür.  

Daha əvvəl də söz-söhbət yayılmışdı ki, "Apple" fərqli rənglərdə "iPhone" buraxacaq. Lakin hansı yeni rənglərdən istifadə olunacağı məlum deyildi. İndi fotoları yayılan prototiplərdə yaşıl və bənövşəyi rəngli "iPhone"lar nəzərə çarpır.