Ağdaşda yol qəzası: 2 nəfər yaralanıb


Digərləri 31 May 2018 08:10:00 234 0

Ağdaşda yol qəzası: 2 nəfər yaralanıb

Hadisə Ağdaş-Mingəçevir yolunda qeydə alınıb

Ağdaş-Mingəçevir yolunda avtomobil qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, nəticədə Yevlax sakinləri - 1993-cü il təvəllüdlü Manaflı Orxan İlqar oğlu və 1982-ci il təvəllüdlü Alışov Sırac İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.