Avropada hərbi robotlar hazırlanır


Digərləri 30 May 2018 22:31:00 241 0

Avropada hərbi robotlar hazırlanır

Avropada hərbi robotların hazırlanması üçün 590 milyon dollar vəsait ayrılacaq.

Son.az xəbər verir ki, Avropa Müdafiə Fondunun yaydığı məlumata görə, yaxın gələcəkdə əksər silah istehsalçılarının bu layihədə iştirak edəcəyi gözlənilir. İlkin ehtimallara görə, hərbi robotların hazırlanmasına təxminən 590 milyon dollara qədər pul ayrılacaq.

Bundan başqa, Avropa istehsalçıları tərəfindən döyüş robotlarının əsas hissəsi neyron şəbəkələrinin və insanın nəzarət etmədiyi zaman müstəqil öyrənən süni intellekt proqramlarının tətbiqi ilə yaradılması planlaşdırılır.