Azərbaycanda nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb


Digərləri 30 May 2018 22:00:00 235 0

Azərbaycanda nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Trend-in məlumatına görə, son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Bu isə həmin ildə bütün diri doğulanların 16,5 faizini təşkil edib.