Müxalifət düşərgəsində pul davası VİDEO


Digərləri 30 May 2018 21:50:00 250 0

Müxalifət düşərgəsində pul davası  VİDEO

Əli Kərimlinin budəfəki maliyyə mənbəyinin Rusiyadan olması faktının üzə çıxması və açıqlanan vəsatin həcmi partiya daxilində, eləcə də Milli Şurada bomba kimi partlayıb. Bu dəfə də AXCP sədrinin öz tərəfdarlarını aldatması və uzun zamandan bəri "maliyyə sıxıntısındayam" fikrinin yalan olması müəyyənləşib. Zaman-zaman mətbuatda Əli Kərimliyə ünvanlanan işləmədiyiniz halda "bu imkanlar haradandır?" sualına "dostlarım kömək edir" cavabının da əsl mahiyyəti açıldı.

Son.az bildirir ki, Əli Kərimliyə yaxın şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyətinin açıqlanması bu şəxsin gəlirlərinin qeyri-şəffaf oldugunu göstərib. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmovun biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən,digər şəxslər vasitəsi ilə Əli Kərimliyə catdırması məlum olub. Ümumilikdə, isə 412 min ABŞ dolları AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Belə ki, bunları istintaqa cəlb olunmuş şəxslər özləri də etiraf edib.

"İşsiz" Kərimlinin növbəti maliyyə fırıldagı onun ifşa olunmasına gətirib çıxardı. Bu vaxta qədər gəlir mənbəyini açıb göstərməyən Əli Kərimli anti-milli qüvvələrdən aldıgı pullar sayəsində bahalı maşınlarda gəzir, cangüdənlər saxlayır. Bu siyasət dəllalı oğlunu nəinki Britaniyanın bahalı universitetində oxudub, üstəlik ona bahalı Londonda dəbdəbəli, olduqca vulqar, qayğısız həyat təmin edib.

Məhz bu səbəbdəndir ki, AXCP funksionerləri, eləcə də Milli Şura rəhbərliyi Əli Kərimlini hədəf götürüblər. Ayda 30 min dolların hara xərclənməsinin hesabını soruşurlar. Bu arada Meydan TV-nin Əli Kərimlinin oglu Türkel Kərimlinin Londonda zənci sevdası adı altında qara piar kampaniyası aparmasının da məqsədi aydınlaşıb. Əli Kərimli Rusiyadakı dostlarından daxil olan vəsaitin çox cüzi olmasını bəhanə gətirərək Meydan Tv-də reklamı üçün pul ayırmaması əks tərəfin adekvat addım atması ilə nəticələnib. Xaırladaq ki, sosial şəbəkələrdə tərəfdarlarını aldatdıgına görə Əli Kərimlinin ünvanına təhqirəmaiz fikirlər paylaşılmaqdadır.

Son hadisələr bir daha göstərdi ki, radikal düşərgə təmsilçilərinin əməkdaşlıqları da, dostluqları da maddiyat, konyuktur maraqlar üzərində qurulub. Bu insanların həm siyasi keşmişləri, eləcə də bu günkü davranışları sübut edir ki, onlar bir-birlərinə istənilən məsələdə bel baglayıb, eyni yolda addımlaya bilməzlər. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: