Cənub Qaz Dəhlizi nələr qazandıracaq? VİDEO


Digərləri 30 May 2018 21:40:00 258 0

Cənub Qaz Dəhlizi nələr qazandıracaq?  VİDEO

Cənub Qaz Dəhlizinin açılışı bu qaz kəmərinin keçidiyi bütün ölkələrin enerji təhlükəsizliyində yeni dövrün başlanğıcıdır. Azərbaycan isə yeni situasiyanın ən mühüm oyunçularından birinə çevrilməklə öz siyasi çəkisini artırır. Son.az bildiir ki, layihənin icrası ilə Azərbaycan iqtisadi cəhətdən də öz maraqlarını maksimum təmin edir.

Hazırda Azərbaycan bu layihədə tədarükçü ölkə kimi çıxış etsə də eyni zamanda tranzit ölkə olmaq imkanları da genişdir. yaxın keçmişdə digər layihələrdən əldə olunan təcrübə belə deməyə əsas verir. Xəzəryanı ölkələr Cənub Qaz Dəhlizinin timsalında öz qazını Avropaya tranzit olaraq çıxarmaq ehtimalı hər zaman aktualdır.

Cənub Qaz Dəhlizinin dünya enerji siyasətində önəmli roluna gəldikdə isə Birləşmiş Ştatlar prezidenti, Böyük Britaniyanın baş naziri, eləcə də bir sıra ölkə rəhbələrlərinin təbrik mesajlarına nəzər salmaq kifayətdir. İllərdir Rusiyanın enerji siyasətində Avropaya etdiyi təhdidlər fonunda alternativ olaraq enerji mənbəyi əldə etmək bu ölkələr üçün həm iqtisadi, həm siyası cəhətdən önəmli bir qazancdır. Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi 2020-ci ildən başlayaraq 400 milyard kubmetr qazın Avropaya nəqlini nəzərdə tutur.