Göyçay sakini naməlum şəxslərlə davada öldü


Digərləri 30 May 2018 17:31:00 264 0

Göyçay sakini naməlum şəxslərlə davada öldü

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib.

Yerə yıxılan C. Məmmədov dünyasını dəyişib.

Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir.