Avstraliya Parlamentində AXCnin 100 illiyi münasibətilə bəyanat səsləndirildi


Digərləri 30 May 2018 16:54:00 257 0

Avstraliya Parlamentində AXCnin 100 illiyi münasibətilə bəyanat səsləndirildi

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli Avstraliya Parlamentində çıxış edərək bu ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olduğunu bildirib.

Son.az xəbər verir ki, Azərbaycanın Avstraliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, deputat 1918-ci ildə yaranan Cümhuriyyətin müsəlman dünyasında ilk parlament demokratiyası olduğunu diqqətə çatdırıb.

K.Kelli demokratik respublikanın ömrünün qısa olmasını təəssüflə qeyd edərək, onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını bildirib. Deputat Azərbaycanın 70 ildən çox keçmiş Sovet İttifaqının tərkibində qaldığını söyləyib. Avstraliya Parlamenti deputatı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu qeyd edib. K.Kelli Azərbaycanda qadınların hüquqlarının tam şəkildə təmin olunduğunu diqqətə çatdıraraq, ölkəmizin dünyəvi prinsiplər əsasında inkişaf etdirildiyini bildirib. O, ölkəmizə etdiyi səfərlər ilə bağlı xatirələrini bölüşərək, Azərbaycanın, o cümlədən Bakı şəhərinin nail olduğu iqtisadi inkişafa heyran olduğunu vurğulayıb.