Türkiyənin ABŞdan çağırılan səfiri bu həftə geri qayıda bilər


Dünya 30 May 2018 16:27:00 251 0

Türkiyənin ABŞdan çağırılan səfiri bu həftə geri qayıda bilər

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç bu həftə ərzində Vaşinqtona qayıda bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə ABŞ-dakı səfirini geri çağırmayıb, yalnız məsləhətləşmələr üçün Ankaraya dəvət edib.