Əvvəlkindən də çox yemək yeyən qadın necə 31 kq arıqladı? FOTO


Digərləri 30 May 2018 16:18:00 302 0

Əvvəlkindən də çox yemək yeyən qadın necə 31 kq arıqladı?  FOTO

Əslən Uelsli olan 24 yaşlı Mari Llewellyn (Mari Lvellen) "body transformation" (bədən dəyişimi) ilə təəccübləndirir.

Son.az Muscle boost Baku-ya istinadla bildirir ki, əvvəllər 110 kiloqram olan Mari 31 kiloqram arıqlayıb.

Maraqlısı isə odur ki, Mari bunu əvvəlkindən də çox yemək yeməklə edib. Həftənin 6 günü ağırlıqqaldırma ilə məşğul olan qız xüsusi diet proqramı tətbiq edərək 31 kiloqram çəki atıb.

Mari yüksək kalorili, şəkərli qidalardan tamamilə imtina edib, əvəzinə az kalorili, bol proteinli qidalar qəbul etməklə arzuladığı bədən quruluşuna sahib olub. O, gün ərzində 3 litrdən çox su içib.


Xəbərə aid fotolar