"İyulun 1dən Türkiyəyə ilk kommersiya qazı tədarük olunacaq"


Digərləri 30 May 2018 15:35:00 242 0

"İyulun 1dən Türkiyəyə ilk kommersiya qazı tədarük olunacaq"

Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 milyard dollardan çox qiymətləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin sədri Əfqan İsayev Bakıda keçirilən 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

Ə.İsayev bildirib ki, maliyyələşdirmənin bu həcmindən 11,5 milyard dollar Azərbaycanın payına düşür. Bu məbləğdən artıq 9 milyard dollar ayrılıb.

O qeyd edib ki, "Şahdəniz-2" layihəsinin dəyəri 22,7 milyard dollar təşkil edir: "Bu gün bu məbləğdən 17,7 milyard dolları maliyyələşdirilib. Layihə üzrə işlərin 99 faizi başa çatıb. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin dəyəri 4,6 milyard dollar təşkil edir, bunun 4,3 milyard dolları ayrılıb. Layihə üzrə işlər ümumilikdə 97,3 faiz icra olunub".