Ukraynanın baş naziri Babçenkonun qətlində Rusiyanı günahlandırdı


Dünya 30 May 2018 15:37:00 276 0

Ukraynanın baş naziri Babçenkonun qətlində Rusiyanı günahlandırdı

Rusiyalı jurnalist Arkadi Babçenkonun qətlində Rusiya günahkardır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna baş naziri Vladimir Qroysman şəxsi "Facebook" səhifəsində yazıb.

"Əminəm ki, Rusiya dürüst və prinsipial mövqeyinə görə onu bağışlamadı",- deyə o vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə Ukraynanın iddiasını rədd edərək, Moskvanın bu qətlin arxasında olmadığını bəyan edib.