Diqqət! Bəzi yollarda təmir və rənglənmə işləri aparılır


Digərləri 30 May 2018 12:26:00 240 0

Diqqət!  Bəzi yollarda təmir və rənglənmə işləri aparılır

Bir neçə ərazidə yollarda təmir və rənglənmə işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Heydər Əliyev prospektində hava limanı və əks istiqamət üzrə gündüz və gecə saatlarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.