Xatundan küsülü olduğu müğənniyə JEST


Digərləri 30 May 2018 12:16:07 251 0

Xatundan küsülü olduğu müğənniyə JEST

"Əməkdar artist" fəxri adı alan Könül Kərimovanı sənət yoldaşları təbrik edib.

Son.az xəbər verir ki, onlar sırasında uzun müddətdir küsülü olduğu Xatun Əliyeva da olub. Bu barədə əməkdar artist "5/5"-də açıqlama verib:

"Hətta bugün Xatun da zəng edib, təbrik etdi (gülür)".

Zaur Könül Kərimovaya "Küsülü idiniz?" sualı ilə müraciət edib. Əməkdar artist "Yox artıq. Hər şey həll olundu. Artıq hər kəs bilsin ki, barışdıq" cavabını verib.

Xatırladaq ki, Xatun 2017-ci ilin sonunda Könülün qızının toy mərasiminə də qatılıb. Sənətçinin məclisdə qonaqlar arasında yer alması hər kəsi təəccübləndirmişdi.