SOCAR və Norveçin "Equinor" şirkəti Azərbaycandakı yataqlar üzrə iki saziş imzalayacaq


Digərləri 30 May 2018 11:40:39 211 0

SOCAR və Norveçin "Equinor" şirkəti Azərbaycandakı yataqlar üzrə iki saziş imzalayacaq

Sazişlər bərabər pay bölgüsünü nəzərdə tutur.

Bakı. Maksim Tsurkov - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor" şirkəti 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransı çərçivəsində iki saziş imzalayacaqlar. Trend-in məlumatına görə, sazişlərdən biri "Qarabağ" yatağı üzrə risk-servis müqaviləsi, digəri "Dan ulduzu", "Əşrəfi" və "Aypara" perspektiv strukturlarında hasilat bölgüsü və kəşfiyyat müqaviləsi olacaq.