Azərbaycanda qaynar su qazanına düşən uşaq dünyasını dəyişib


Digərləri 30 May 2018 08:39:00 274 0

Azərbaycanda qaynar su qazanına düşən uşaq dünyasını dəyişib

Körpə 3 gündən sonra aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib

Kürdəmir rayonunda ehtiyatsızlıqdan qaynar su qazanına düşən uşaq bu gün xəstəxanada dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, ölüm hadisəsi Respublika Yanıq Mərkəzində baş verib.

Mayın 27-si Kürdəmir rayonunda valideyn nəzarətindən kənarda qalan 1 yaşlı Rəhim Məmmədov qaynar su ilə dolu dəmir qazanın üzərinə yıxılıb. Nəticədə uşağın bədəninin 70 faizi termiki yanıq dərəcəsi alıb. Yaralı uşaq Bakıda Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, o, gecə xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı istintaq araşdırmaları aparılır.