İsmayıllı və Kürdəmirdə fermalarda yanğın: dam örtüyü, ot bağlamaları yanıb


Digərləri 30 May 2018 01:11:50 266 0

İsmayıllı və Kürdəmirdə fermalarda yanğın: dam örtüyü, ot bağlamaları yanıb

İsmayıllı və Kürdəmir rayonlarında fermalarda yanğın olub.

Bakı. İsmayıllı və Kürdəmir rayonlarında fermalarda yanğın olub. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.