Xiyarın bu faydalarını bilirdinizmi?


Digərləri 29 May 2018 23:25:00 291 0

Xiyarın bu faydalarını bilirdinizmi?

Vətəni Hindistan olan xiyar bütün dünyada ən yayılmış tərəvəzlərdən biridir.

Maraqlıdır ki, botanika elmində xiyar tərəvəz deyil, giləmeyvə sayılır. Xiyar qarpız, yemiş və balqabağın yaxın "qohumu"dur.

Mütəxəssislər xiyarın sağlamlıq üçün faydasını çox yüksək qiymətləndirir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmalara görə, xiyar iltihabəleyhinə, antioksidant, xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

Qidalı liflərlə zəngin olan xiyar həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırımağa kömək edir.

Xiyar qanda xolesterinin səviyyəsini aşağı salır, ürək və damarların sağlamlığını qoruyur.

Xiyar göz və sümüklərimiz üçün faydalıdır.