Gələcəkdə enerji daşdan çıxacaq


Digərləri 29 May 2018 23:15:00 263 0

Gələcəkdə enerji daşdan çıxacaq

Yenilənə bilən enerji, dünyanın bir çox ölkəsində təməl enerji qaynağı olaraq istifadə edilməyə başlandı və yaxın gələcəkdə tamamilə bu qaynaqlara söykənən bir enerji sahəsinin meydana gəlməsi gözlənilir. Araşdırmaçılar da davamlı olaraq etdikləri yeniliklərlə addım-addım bu hədəfə yaxınlaşmağı məqsəd qoyub.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qlazqo Kaledonya Universitetinin bəzi alimlərinin daxil olduğu bir qrup, şəhərlərin enerji ehtiyacını qarşılaya biləcək gücdə daşlar yaratmağı bacarmışdır. Piyada yollarında istifadəyə uyğun olan və yağış-qar kimi təsirlərə qarşı da dayanıqlı olan bu səki daşlarının yaxın gələcəkdə bir çox şəhərin enerji ehtiyacının qarşılamasına ümid edilir. Bu nöqtədə səki daşları, prospektlərə və piyada yollarına döşənir. Günəşli günlərdə kvadrat metr başına çıxarılan enerji miqdarı isə 200 vattdır. Bu rəqəm buludlu havalarda isə 150 vatta düşür.