Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib


Digərləri 29 May 2018 23:15:13 250 0

Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib

Mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib.

Bakı. Mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünləri qəbul edib. Trend-in məlumatına görə, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər. Bakı şəhərindən və bölgələrdən qəbula gələn məcburi köçkünlər ayrı-ayrılıqda dinlənilib, müraciət olunan məsələlərlə bağlı geniş izahat verilib