Əllamə Məclisi vicdanla söhbət edəndə, nələri aydınlatdı?


Digərləri 29 May 2018 22:10:00 249 0

Əllamə Məclisi vicdanla söhbət edəndə, nələri aydınlatdı?

Son.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Məclisi vicdanla xitab edərək deyir: "Ey vicdan! Ey insan ruhu ilə tanış olan heyrəti şey!

Ey ruhumuzu isidən günəş! Öz kölgəni bizdən uzaq salma. Səndən ayrı düşmək kor olmaq kimidir.

Ey gecə qaranlıqlarımızı işıqlandıran, səni necə mədh etməyim ki?

O zaman ki, nəfsimizin tufanları bizi titrədir və təlatümə gətirir, özündən necə də dəmir iradələr büruzə verirsən. Biz insanların şəxsiyyətini qorumaq üçün gör nə qədər əmək sərf edirsən?!

Bəli, ey mənim ayım! O zamana qədər ki, ruhumun zülal suyu qurumayıbdır, həmin zülal suda titrəyirsən, bütün bədənimizi o su ilə yuyursan.