Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?


Digərləri 29 May 2018 21:20:00 355 0

Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?

Mərhum Şeyx Kaşifül-Ğita Əhli-Beyt (ə) məktəbinin böyük fəqihlərindən olmuşdur. İslam dininin böyük alimləri onun dilindən deyərdilər: "Əgər Əhli-beytin (ə) bütün fiqh kitablarını çaya atsalar və o da dənizə gedərsə və Əhli-Beyt (ə) davamçısının əlində bir vərəq belə fiqh kitabı olmazsa, əvvəlki fiqhdən tutmuş axırıncısına qədər mənim sinəmdədir. Hamısını bayıra çıxardaram ki, onları yazsınlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, bu alim həm də mərcəyi-təqlidlərdən olmuşdur. Böyük alimlər eşitmişdilər ki, onun həyat yoldaşı evdə özünü yaxşı aparmır və ərinə hörmət etmir. Ona görə də böyük alimlərdən beş nəfəri yığışıb onun evinə gedirlər.

Alimə deyirlər: "Biz elə bir şey eşitmişik ki, gərək sizdən soruşaq. Həyat yoldaşınız bəzən sizə hörmətsizlik edirmi?".

Buyurdu: "O, ərəbdir. Qüdrəti vardır və bəzən əsəbiləşən zaman mənə hörmətsizlik edir. Mən isə onun qarşısını almıram".

Deyirlər: "Əgər belədirsə, ona təlaq verin".

Alim deyir: "Xeyr, vermərəm".

Deyirlər: "Onda icazə verin biz həyat yoldaşlarımızı göndərək ki, ona ədəb qaydasını öyrətsinlər".