Ermənistan xarici işlər nazirinin müavini istefa verib
Dünya 29 May 2018 20:57:38 263 0
O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi
Ermənistan xarici işlər nazirinin müavini Robert Arutunyan istefa verib.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan məlumat verib.
Robert Arutunyan Ermənistan Respublikaçılar Partiyasından olan deputat Xosrov Arutunyanın oğludur.
O, nazir müavini vəzifəsinə 2016-cı ilin martında təyin edilmişdi.
Mənbə: report.az