Xərçəngin qarşısının alınması üçün ən sadə üsul


Digərləri 29 May 2018 20:56:00 254 0

Xərçəngin qarşısının alınması üçün ən sadə üsul

Tərkibində asparagin aminoturşularının daha az olduğu qida məhsulları süd vəzisi xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.

Son.az Trend-ə istinadən bildirir ki, bir qrup amerikalı mütəxəssis aparılan təcrübələr nəticəsində bu qənaətə gəlib.

Süd vəzisi xərçəngi modeli üzərindəki müşahidələr göstərib ki, asparagin fermentləri ilkin xərçəng hüceyrələrində bədxassəli hüceyrələrin artmasına gətirib çıxarır.