"Qərbi Ağ Ev" satılır FOTO


Digərləri 29 May 2018 19:18:00 315 0

"Qərbi Ağ Ev" satılır  FOTO

ABŞ-ın sabiq və mərhum prezidenti Riçard Niksonun villası 63,5 milyon dollara satışa çıxarılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Kaliforniya ştatındakı San-Klemente şəhərində yerləşən, "Qərbi Ağ Ev" kimi tanınan, sahəsi 5,45 hektar olan villa Sakit Okean sahilindədir.

9 yataq otaqlı villa 836,12 kvadrat metr sahəyə malikdir. Villanın ərazisində əyləncə pavilyonu, iki yataq otaqlı qonaq evi və xidmətçilər üçün apartamentlər də var.

Riçard Nikson ABŞ prezidenti seçiləndən 6 ay sonra bu villanı 1,4 milyon dollara satın almışdı.