Azərbaycan teatrının fəaliyyəti beynəlxalq mətbuatda


Digərləri 29 May 2018 19:15:00 254 0

Azərbaycan teatrının fəaliyyəti beynəlxalq mətbuatda

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 10-16 may tarixlərində Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 10-16 may tarixlərində Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında iştirak edib. Teatrdan Trend-ə verilən məlumata görə, festivalda Patrik Züskindin əsəri əsasında hazırlanmış “Kontrabas” tamaşası nümayiş olunub. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edib. İfası ilə teatr mütəxəssislərinin və tamaşaçıların rəğbətini qazanan Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” mono-tamaşasındakı roluna görə QRAN-PRİ mükafatına layiq görülüb.