Dövlət süd məhsulları istehsalçılarına dəstək vəd edir FOTO


Digərləri 29 May 2018 19:08:00 282 0

Dövlət süd məhsulları istehsalçılarına dəstək vəd edir  FOTO

Mayın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) süd emalı və istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

AQTA-dan Son.az-a verilən məlumata görə, süd məhsulları istehsalı sahəsində çalışan sahibkarların dinlənildiyi görüşdə əhalinin sağlam və təhlükəsiz süd məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilib, beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli süd məhsullarının istehsalı və beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.


Xəbərə aid fotolar