Bu yolun yenidən qurulması yekunlaşır FOTO VİDEO


Digərləri 29 May 2018 17:30:00 261 0

Bu yolun yenidən qurulması yekunlaşır  FOTO  VİDEO

Bir-neçə avtomobil yoluna çıxışı təmin etmək ( Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir.

Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən başlayaraq Binəqədi qəsəbəsinədək olan təqribən 15 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun Binəqədi qəsəbəsindən Xırdalan dairəsinədək olan hissəsinin asfaltlanması işləri görülür.

Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənir.

Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülüb.

Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunub, kənarlarına isə səki daşları düzülüb.


Xəbərə aid fotolar