Yunanıstanda pilotların tətili Rusiyaya da təsir etdi


Dünya 29 May 2018 17:05:00 522 0

Yunanıstanda pilotların tətili Rusiyaya da təsir etdi

Yunanıstanda aviadispetçerlər mayın 30-da 3 saatlıq tətil keçirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, tətil hökumətin sosial siyasətinə etiraz olaraq keçirilir, iştirakçılar əmək haqlarının və pensiyaların artırılmasını tələb edir.

Tətillə əlaqədar olaraq, Rusiyanın "Aeroflot" şirkəti Afinaya 30 may tarixinə uçuş cədvəlini dəyişib. Qeyd olunur ki, həmin reyslər daha gec saatda həyata keçiriləcək.