Aygünlə Tünzalə barışdı?


Şou-biznes 29 May 2018 13:00:00 262 0

Aygünlə Tünzalə barışdı?

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili münasibətilə "Crystal hall"da konsert keçirilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, gecənin sonunda müğənnilər səhnəyə çıxaraq Azərbaycan dövlət himnini səsləndiriblər.

Səhnədə bir çox küsülü məşhurun yan-yana dayanması diqqətdən qaçmayıb. Belə ki, xalq artisti Aygün Kazımova ilə küsülü olduğu Tünzalə Ağayeva səhnədə bir araya gəliblər. Sənətçilər eyni zamanda bir-birinin qulağına söz deyərkən də obyektivlərə tuş gəliblər.

Eyni zamanda səhnədə Kazımova ilə küsülü olan xalq artisti Brilliant Dadaşova da yer alıb.