Azərbaycan Demokratik Respublikasinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi FOTO


Digərləri 29 May 2018 12:03:00 405 0

Azərbaycan Demokratik Respublikasinin 100 illiyinə həsr edilmiş rəsm müsabiqəsi  FOTO

Uşaqların Erkən İnkişafı Mərkəzi  SMART OWL Azərbaycan təhsilinə öz töhvələrini verməkdə davam edir. 

Tariximizin şanlı səhifəsini yazmış Azərbaycan Demokratik Respublikasinin 100 illiyi münasibətilə keçirilən uşaq rəsm müsabiqəsi başa çatdı. 

Müsabiqə, SMART OWL İnkişaf Mərkəzində təşkil olunmuş və 22 müəllifin əl işlərindən ibarət sərgi ilə nəticələndi. Verilmiş vaxt ərzində müsabiqəyə 122 əsər təqdim olundu. 

Əsərlərin seçimini Azərbaycanın əməkdar rəssamı, elmlər doktoru, Azərbaycan rəssamlar ittifaqının üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti və  Rusiya Rəssamlıq Akademiyasının üzvü Rəşad Mehdiyevin sədrlik etdiyi münsiflər heyəti həyata keçirirdi. Münsiflər heyətinin digər üzvləri  Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Aytən Rzaquliyeva, Birinci Avropa Oyunlarının qızıl medalçısı, 2015-ci ilin Dünya çempionu, 2014-cü ilin Dünya Çempionatının bürünc mükafatçısı, 2014-cü ilin Avropa Çempionatının qümüş medalçısı, 2015-ci ilin Dünya Kubukun qalibi, unan-roma qüləşçisi Rəsul Çunayev, SMART OWL Uşaq İnkişaf Mərkəzinin baş direktoru İlhamiyə Rzayeva, Mərkəzin Art Klubunun müəllimi, Azərbaycan Rəssamlar İttifaqının  üzvü Roza Quliyeva idi.

Sərgidə 7-15 yaşlı müsabiqə iştirakçıları arasından yaradıcılıq potensialına və bacarıqlarına görə seçilmiş  17 nəfərin və 5 qalib müəllifin işləri təmsil olunur.

Müsabiqədə fərqlənərək sərgidə təmsil olunan iştirakçılar:

1. Elmira Babayeva, 13 yaş

2. Darya Moslakova, 13 yaş

3. Nəzrin Əfəndiyeva, 11 yaş

4. Nigar Mustafayeva, 10 yaş

5. Ülkər Ələkbərzadə, 10 yaş

6. Sevinc Məmmədova, 15 yaş

7. Milay Məmmədli, 6 yaş

8. Zəhra Qarayeva, 10 yaş

9. Əminə Hacıyeva, 14 yaş