ABŞ Konqresinin üzvü: "Azərbaycan ABŞın dəyərli tərəfdaşıdır"


Dünya 29 May 2018 09:30:00 295 0

ABŞ Konqresinin üzvü: "Azərbaycan ABŞın dəyərli tərəfdaşıdır"

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholt (Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyub.

Sovet rejiminin təzyiqlərindən əziyyət çəkən Azərbaycanın, kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunub. O, vurğulayıb ki, bugün Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduğu bəyanatda diqqətə çatdırılır.