İsrail parlamentindən "erməni soyqırımı" layihəsi


Dünya 29 May 2018 08:53:00 279 0

İsrail parlamentindən "erməni soyqırımı" layihəsi

Knessetin spikeri Yuli Edelşteyn İsrail parlamentinin gündəliyindən Osmanlı imperiyasında törədilmiş "erməni soyqırımı" layihəsinin gəbul olunması qərarını çıxardı. Bu haqda The Jerusalem Post nəşri spikerin mətbuat katibinə istinadən xəbər verir.

"Edelşteyn bu məsələni ona görə parlamentin gündəliyindən çıxardı ki, çoxluğun layihəni dəstəkləyəcəyi sual altında idi", xəbərdə deyilir.

Son.az Trend-ə istinadən bildirir ki, Edelşteyn hər zaman "erməni soyqırımı" nın tanınmasını dəstəkləyib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı Osmanlı İmperiyasında törədilmiş qondarma "soyqırım" iddiasını irəli sürürlər.