Androidin yaradıcısı şirkətini satmağa hazırlaşır


Digərləri 29 May 2018 08:01:00 253 0

Androidin yaradıcısı şirkətini satmağa hazırlaşır

Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin tərəfindən yaradılmış və smartfon istehsalı ilə məşğul olan Essential şirkəti Essential Phone 2 modelinin istehsalını dayandırıb və şirkətin satılmasını müzakirə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət öz ilk smartfonu olan Essential Phone modelini keçən ilin Avqust ayında satışa çıxartmışdı.

Son.az technote.az-a istinadən bildirir ki, Essential Phone 2-nin istehsalı dayandırılıb və onun üzərində çalışan komanda hal-hazırda evlər üçün ağıllı cihaz üzərində çalışır. Məlumata əsasən Andy Rubin-in şirkəti üçün potensial alıcı axtarışı ilə Credit Suisse şirkət məşğuldur. Keçən ilin İyun ayında şirkət 300 milyon dollar investisiya cəlb etmişdi və 1 milyard dollar dəyərində qiymətləndirilirdi. Andy Rubin bütün şirkəti satmağı planlaşdırır.