Banklar kredit faizlərini aşağı salır VİDEO


Digərləri 28 May 2018 22:04:00 229 0

Banklar kredit faizlərini aşağı salır  VİDEO

Artıq bir neçə aydır bankların kredit faizlərini aşağı salmaları müşahidə olunur. Banklarda kredit faizlərinin enməsi ilə yanaşı, yerləşdirilən əmanətlərə görə ödənən gəlirin faizləri də aşağı salınıb.

Son.az bildirir ki, ekspertlərin fikrincə, bir neçə ay əvvəl mövcud bazar üçün yüksək sayılan istehlak kreditlərinin faizi indi nəzərəçarpacaq dərəcədə dəyişib.

İqtisadçı ekspert Cəfər İbrahimlinin sözlərinə görə, faizləri hazırkı vəziyyətlə müqayisə etdikdə yenə rəqəmlər yüksəkdir və faizlərin daha da endirilməsinə ehtiyac var.

İstehlak kreditləri ilə yanaşı, banklara yerləşdirilən əmanətlərin də faizləri aşağı salınıb. Əvvəllər banklar yüksək faizlərlə depozit qəbul edirdilərsə, indi əksər banklarda milli valyutada əmanət qəbulu 8-11 faizə düşüb.